Bu ölkə Rusiya ilə viza razılaşmasını dayandırdı

bu-olke-rusiya-ile-viza-razilasmasini-dayandirdi
Oxunma sayı: 2306

Norveç 2007-ci ildə Rusiya ilə bağladığı viza müqaviləsini Rusiya ilə Ukrayna arasında müharibə olduğunu əsas gətirərək dayandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Norveç İmmiqrasiya Xidməti (UDI) bəyanat yayıb:

“Norveçin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişi 22 sentyabr 2022-ci il tarixindən etibarən müvəqqəti olaraq dayandırılıb”.

Bildirilib ki, ölkədə daimi yaşamaq icazəsi olan rusların repatriasiyası ilə bağlı qərar yoxdur.

Qeyd edək ki, Baltikyanı ölkələr Estoniya, Litva, Latviya və Polşa bu həftənin əvvəlində ruslara turist vizası almağı qadağan edib.