Bu ölkə səyahət qadağasını ləğv edir

Bu ölkə səyahət qadağasını ləğv edir
Oxunma sayı: 2570

Almaniya koronavirus pandemiyası səbəbindən “riskli” elan etdiyi və həftəlik 100 min nəfərdə görülən yoluxma sayının 200-dən aşağı olduğu bölgələrə iyulun 1-dən etibarən səyahət xəbərdarlığını dayandıracaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Heiko Maas bir çox yerlərdə yoluxma sayının azaldığına və vaksinasiyadan keçən insanların sayının artdığına diqqət çəkib.

O bildirib ki, aylarla davam edən karantin tədbirlərindən sonra daha çox normallaşma gözləyirlər:

“Bu, səyahətlər üçün də keçərlidir. Təxminən bir il sonra – 1 iyuldan etibarən səyahət xəbərdarlığını ləğv edirik.

Avropada vaksinasiyadan keçənlərə, sağalanlara və test tətbiq olunanlara ortaq qaydalar tətbiq olunacaq. Yenə də səyahətlər zamanı tədbirli olmaq lazımdır”.