Bu ölkə Türkiyə ilə diplomatik əlaqələri kəsdi

bu-olke-turkiye-ile-diplomatik-elaqeleri-kesdi
Oxunma sayı: 2991

Hollandiya Xarici İşlər Nazirliyi Türkiyədəki səfirini rəsmi olaraq geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin də Hollandiyaya yeni səfir təyin etməsinə izn verilməyəcək. Hollandiya Xarici İşlər Nazirliyi iki ölkə arasında yaşanan böhranın həlli üçün danışıqlar aparılmasına son qoyub. 

Qeyd edək ki, ötən ilin martında türk nazirlərin toplantılarına qoyulan maneə ilə əlaqədar Hollandiyanın Ankaradakı səfirinin Türkiyəyə buraxılmayacağı açıqlanmışdı.