Polşa Ukrayna taxılının ölkəyə girişini məhdudlaşdıran qaydalar tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski açıqlama verib.
O, ölkənin kənd təsərrüfatı sektoru ilə bağlı bəzi problemlərdən xəbərdar olduqlarını deyib.
Ölkədəki taxıl problemi ilə bağlı Polşanın Kənd Təsərrüfatı naziri Henryk Kovalçik ilə görüşdüyünü deyən Moravetski, “Ukrayna taxılının ölkəmizə təsirini məhdudlaşdırmaq üçün Kovalçikə Polşada yığılan taxılı göndərib, Afrikaya və ya Yaxın Şərqə satmağı tapşırdım”, - qeyd edib.
Son xəbərlər
Son Xəbərlər