Bu ölkə “Vaqner”i terror təşkilatı kimi tanıdı

bu-olke-vaqneri-terror-teskilati-kimi-tanidi
Oxunma sayı: 2695

Litva parlamenti  “Vaqner” qrupunu “terror təşkilatı” kimi tanıyan qətnamə qəbul etdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərarda “Vaqner”in “təcavüzkar ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyi”, Ukraynada “terrorçuluğa bərabər” sayıla biləcək hərəkətlər etdiyi iddia olunub.

Bundan əlavə, qərarda “terror təşkilatı” olaraq təyin olunan qrupun Mərkəzi Afrika Respublikası, Sudan və Mali kimi ölkələrdə də fəaliyyət göstərdiyi və ABŞ Maliyyə Nazirliyi tərəfindən “transmilli cinayət təşkilatı” kimi müəyyən edildiyi qeyd olunub.