Avropa İttifaqı Kosovo pasportu sahiblərinə vizasız gediş-gəlişin təmin edilməsi qərarını dəstəkləyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən Kosovo sakinlərinə 90 gün ərzində Avropa İttifaqı ölkələrində vizasız qalmalarına icazə verilir.
Qərar 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək.
Həmçinin, vizadan azad olunma qərarı da Avropa Parlamenti tərəfindən təsdiq edilməli və Aİ-nin rəsmi jurnalında dərc edilməlidir.
Son xəbərlər
Son Xəbərlər