Bu ölkə vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb

bu-olke-vetendaslarini-dagliq-qarabaga-sefer-etmemeye-cagirib
Oxunma sayı: 1106


Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son gərginlik və itkilər vətəndaşların diqqətinə çatdırılır.

Vətəndaşlar həmçinin xəbərdarlıq edilir ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edən hər bir kəs Azərbaycana səfər etmək imkanından məhrum olacaq. Bildirilir ki, Azərbaycana səfər etmək istəyən hər bir kəs əvvəlcədən viza almalıdır.

Bəyanatda qeyd olunur ki, hər il 7 minə qədər Britaniya vətəndaşı Azərbaycana biznes səfəri edir və bu səfər zamanı hər hansı bir təhlükə ilə üzləşmir.