Bu ölkədə 15 gündə yarım milyondan çox insan qrip oldu

bu-olkede-15-gunde-yarim-milyondan-cox-insan-qrip-oldu
Oxunma sayı: 2703

Polşada 2023-cü ilin ilk 15 günündə 550 mindən çox insan qripə yoluxub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Polşanın Milli İctimai Səhiyyə İnstitutu məlumat verib.

İnstitutun dərc etdiyi hesabatda qeyd olunur ki, qripə yoluxan 33 nəfər ölüb.

Həmçinin, qriplə bağlı 5 mindən çox insan xəstəxanalara müraciət edib.