Bu ölkədə 19 mindən çox həkim koronavirusa yoluxub

bu-olkede-19-minden-cox-hekim-koronavirusa-yoluxub
Oxunma sayı: 2324

İspaniyada koronavirusa yoluxan tibb işçilərinin sayı 19,400-ə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, bu rəqəm ölkə üzrə koronavirusa yoluxanların 17 faizini təşkil edir. Həmin tibb işçilərinin əksəriyyəti müalicəsini evdə davam elətdirdiyi qeyd olunub.

Xəstəlik səbəbindən həyatını itirən tibb işçilərinin sayı isə 13-ə çatıb.

Qeyd edək ki, son məlumatlara görə, İspaniyada 135,032 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bunlardan 13,055-i xəstəlik səbəbindən həyatını itirib.