“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, ölkə prezidenti Uhuru Kenyatta ölkənin yasda olduğunu bildirib:
“Keniyalılar ölənlər üçün dualar edir, onlara yas tutur. Ölkədə 3 günlük matəm elan edirəm. İdarə və müəssisələrdə bayraqlar yarıya qədər endiriləcək”.
Keniya Müdafiə Nazirliyinin nümayəndəsi Mwenda Njoka hücum edənlərin kimliyi barədə açıqlama verib:
“Hücum edənlərdən biri Nairobi Universitetinin məzunu, vəkil Abdirahim Muhammed Abdullahidir. Daha bir nəfər isə Mandera şəhər admistrasiyasında çalışan vəzifəli bir şəxsdir. Vəkil barədə polis axtarışda idi. Əvvəl atası oğlunun yoxa çıxması barədə polisə müraciət etmişdi”.
Qeyd edək ki, cümə axşamı “Əş-şəbbab” teror təşkilatı Garissa Universitetinə hücum təşkil etmiş, 148 nəfər dünyasını dəyişmişdi.
Son xəbərlər
Son Xəbərlər