Bu ölkədə 3 Türkiyə vətəndaşı koronavirusdan öldü

bu-olkede-3-turkiye-vetendasi-koronavirusdan-oldu
Oxunma sayı: 4219

Niderlandda üç Türkiyə vətəndaşı koronavirus (COVİD-19) epidemiyasından dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə türk səfir Şaban Dişli məlumat yayıb.  Qeyd edib ki, ölənlər 82 yaşlı bir kişi, 66 və 70 yaşlı iki qadındır. 

Bundan əlavə, səfir bildirib ki, 5 Türkiyə vətəndaşı virusa yoluxub, onlar hazırda karantindədirlər. 

Xatırladaq ki, Niderland Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə 2994 nəfər koronavirusa yoluxub, 106 nəfər isə dünyasını dəyişib.