Bu ölkədə 50 nəfərdə “Omicron” aşkarlandı

bu-olkede-50-neferde-omicron-askarlandi
Oxunma sayı: 2136

Norveçin paytaxtı Oslo və onun ətrafında ən azı 50 nəfərdə “Omicron” ştamı aşkar edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yoluxmanın Oslodakı bir restoranda keçirilən Yeni il şənliyi ilə əlaqəli olduğu açıqlanıb.

Oslo Bələdiyyəsi tərəfindən verilən açıqlamada bu sayın artacağı gözlənilir.

“Omicron” ştamının ölkədə ilk dəfə dünən aşkarlandığı qeyd edilib.

Norveçdə indiyədək 271 min 623 koronavirusa yoluxma aşkarlanıb, 1093 nəfər dünyasını dəyişib.