Bu ölkədə 6 bal gücündə zəlzələ - Ölənlər var

bu-olkede-6-bal-gucunde-zelzele
Oxunma sayı: 2749

İndoneziyanın Şərqi Cava vilayətində 6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Nəticədə, altı nəfər həyatını itirib.

Zəlzələnin ocağı yerin 82,3 kilometr dərinliyində yerləşib. İlkin məlumata görə, ölənlər Lumacanq və Malanqdandır.

Qeyd olunub ki, Şərqi CAvada çox sayda ev dağılıb. Xilasetmə işləri davam edir.