Bu ölkədə 6,8 bal gücündə zəlzələ oldu

bu-olkede-68-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1443

Perunun şimalındakı Moyobamba şəhərində 6,8 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Peru Geofizika İnstitutu Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin dərinliyi 103 kilometr təşkil edib.

Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib. Təkan Ekvadorun Quayaquil şəhəri və bir neçə qəsəbəsində hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Peru Sakit okean Alov Halqasında yerləşir və dünyada seysmik hadisələrin ən çox qeydə alındığı ölkələrdən biridir.