Braziliya Prezidenti Jair Bolsonaro Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin vəfatı ilə əlaqədar üç günlük milli matəm elan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb.
“Yapon xalqına hörmətimizin, Şinzo Abe ilə Braziliyanın dostluğuna görə təşəkkürümüzün və əsassız qəddarlıq qarşısında həmrəyliyimizin əlaməti olaraq bütün ölkədə üç günlük rəsmi matəm elan etdim...”, - Bolsonaro yazıb.
Braziliya lideri Şinzo Abeni də “parlaq lider və ölkənin böyük dostu” adlandırıb.
Son xəbərlər
Son Xəbərlər