Bu ölkədə bar və restoranlarda siqaret çəkmək qadağan edildi

bu-olkede-bar-ve-restoranlarda-siqaret-cekmek-qadagan-edildi
Oxunma sayı: 1672

Avstriya parlamenti bar və restoranlarda siqaret çəkməyi qadağan edən qanun layihəsi qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun noyabrdan qüvvəyə minəcək. Bundan başqa, qapalı zallarda və küçədə terraslarda da siqaret çəkmək qadağan ediləcək.

Qeyd edək ki, Avstriya müəssisələrdə siqaret çəkmək üçün zalları olan Avropa ölkələrindən biridir.