Somali Şərqi Afrika bölgəsini cənginə alan çəyirtkə sürülərinin Cənubi Somali əyalətindəki fermerlərə ciddi zərər verməsindən sonra fövqəladə vəziyyət elan edib.
“Qafqazinfo”nun məlumatına görə, qərar Əkinçilik Nazirliyi rəsmiləri, əyalət əkinçilik nazirləri və BMT Qida və Əkinçilik Təşkilatı nümayəndələrinin bir araya gəlməsindən sonra qəbul olunub.
Qida təhlükəsizliyinə böyük təhdid təşkil edən çəyirtkə sürüləri keçən il bölgədə yüz minlərlə hektar əkin ərazisinə zərər vermişdi.
Qeyd edək ki, bir kvadrat kilometr ərazidə yer alan 40-80 milyon çəyirtkə bir gündə 35 min nəfərə çatacaq qədər qidanı yeyir. Çəyirtkə sürüləri hər gün 150 kilometr yol qət edirlər.
Son xəbərlər
Son Xəbərlər