Cənubi Koreyanın daha bir keçmiş prezidenti rüşvətxorluqda ittiham edilir.
“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, eks-prezident Li Myon Bak böyük məbləğdə korrupsiya əməli törətməkdə şübhəli bilinir. Bak 10,4 milyon dollar həcmində rüşvət almaqda, eyni zamanda vergidən yayınmaqda ittiham edilir. Prokurorluq bu ittihamlarla razılaşmayan sabiq prezidentin maliyyə hesablarını dondurmaq istəyir.
Qeyd edək ki, Bak Cənubi Koreyada artıq 4-cü keçmiş lideridir ki, korrupsiyada ittiham edilir. Bundan əvvəl isə Pak Kın Xe eyni maddə ilə 24 il azadlıqdan məhrum edilib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər