Bu ölkədə də futbol çempionatı bərpa olunur

bu-olkede-de-futbol-cempionati-berpa-olunur
Oxunma sayı: 2170

Avstriyada da milli çempionat bərpa olunur.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Avstriya Futbol İttifaqı məlumat yayıb. Federal hökumətin bununla bağlı razılıq verdiyi bildirilib.

Bundesliqanın iyunun 2-də bərpa edilməsi, kubokun final matçının isə mayın 30-da keçirilməsi nəzərdə tutulub. Oyunlara azarkeş buraxılmayacaq.

Qeyd edək ki, Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında,  22-ci turda dayandırılıb.