Bu ölkədə də futbol çempionatı bərpa olunur

bu-olkede-de-futbol-cempionati-berpa-olunur
Oxunma sayı: 1620

Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Estoniya çempionatının taleyinə aydınlıq gəlib.

"Qafqazinfo" xəbər verir ki, bu ölkədə yüksək liqanın davam etdirilməsinə qərar verilib.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Xəbərdə liqanın mayın 19-da bərpa olunacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Estoniya çempionatı 1-ci turun oyunlarından sonra dayandırılmışdı. Beləliklə, gələn həftə, mayın 19-da 2-ci turun üç, bir gün sonra isə iki qarşılaşması keçiriləcək.