Bu ölkədə də karantin yumşaldıldı

bu-olkede-de-karantin-yumsaldildi
Oxunma sayı: 1330

İtaliyanın 21 bölgəsindən 20-də koronavirusa görə tətbiq olunan maska və sosial məsafə istisna olmaqla, bütün məhdudiyyətlər ləğv edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə gündəlik yoluxma və ölüm sayındakı azalma səbəbindən hökumət Siciliya, Toskana, Bolzano Muxtar bölgəsi, Kalabriya, Kampaniya, Bazilikata, Marçe bölgələrini orta riskli “sarı” kateqoriyasından az riskli “ağ” kateqoriyasına daxil edib.

Beləcə, ölkədə “ağ” bölgələrin sayı 13-dən 20-yə yüksəlib. “Ağ” bölgələrdə isə maska və sosial məsafədən başqa bütün məhdudiyyətlər ləğv olunub.

Ölkədə təkcə şimaldakı Val d'Aosta bölgəsi “sarı” kateqoriyadadır. Bu bölgənin də gələn həftə “ağ” olması gözlənilir.

Bundan başqa, açıq havada maska taxmaq məcburiyyətinin ləğvi də gündəmdədir. İyulun əvvəlində bu məhdudiyyətin ləğvi də müzakirədədir.