Bu ölkədə də koronavirus tapıldı

bu-olkede-de-koronavirus-tapildi
Oxunma sayı: 2879

Qayanada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Devid Qreyncer məlumat verib.

Söhbət martın 5-də ABŞ-da qayıdan 52 yaşlı Qayana sakinindən gedir. Qadın Corctaun şəhərində yaşayır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada indiyədək 120 minə yaxın insan bu virusa yoluxub, 4 minə yaxın insan dünyasını dəyişib.