Bu ölkədə də meymunçiçəyi aşkarlandı

bu-olkede-de-meymunciceyi-askarlandi
Oxunma sayı: 1252

Moldovada ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Moldova Səhiyyə Nazirliyi məlumat yayıb.

“Respublikada ilk meymunçiçəyinə yoluxma faktı qeydə alınıb. Xəstəlik ABŞ-dan ölkəmizə gələn xarici vətəndaşda təsdiqlənib”, - nazirliyin məlumatında bildirilib.