Bu ölkədə ən böyük stadionun tikintisinə başlanıldı

bu-olkede-en-boyuk-stadionun-tikintisine-baslanildi
Oxunma sayı: 4983

Qazaxıstanın ən böyük stadionunun tikintisinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, Şımkənt şəhərində yerləşəcək 35 min nəfər tutumu olacaq yeni arenanın sahəsi 21 hektar olacaq. Stadionun tikintisinin 2026-cı ilin ortalarına qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, hazırda Qazaxıstanda ən böyük stadion 30 min tamaşaçı tutumuna malik "Astana Arena"dır.