Bu ölkədə ətirli elektron siqaretlərin satışı qadağan olunur

Bu ölkədə ətirli elektron siqaretlərin satışı qadağan olunur
Oxunma sayı: 2700

Litva parlamenti iyul ayından etibarən elektron siqaret və bu siqaretlər üçün nəzərdə tutulmuş tərkibində hər hansı bir ətir olduğu halda mayeli kartriclərin satışını qadağan edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu qanun layihəsinin müəllifləri atılan analoji addımın Litvada getdikcə populyarlaşan elektron siqaretlərin satışını azaltmaq məqsədi daşıdığını bildiriblər.

Litvalı deputatlar “Tütün, tütün məmulatları və əlaqədar məmulatlara nəzarət haqqında” qanuna düzəlişləri 92 səs lehinə, 9 səs əleyhinə, 9 səs bitərəf olmaqla qəbul ediblər.

Bundan əlavə, Litvada elektron siqaretlərin və bu siqaretlər üçün nəzərdə tutulmuş, tərkibində kofein və ya taurin, enerji və impuls ilə əlaqəli stimullaşdırıcı birləşmələr olan mayeli katriclərin idxalına da qadağa qoyulub.