Bu ölkədə futbol bərpa olundu

bu-olkede-futbol-berpa-olundu
Oxunma sayı: 3953

Dünyanın əksər ölkələrində futbol çempionatının dayandırıldığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunub.

"Qafqazinfo" xəbər verir ki, 3-cü turdan sonra dayandırılan çempionat bu gün yenidən başlayıb.

Günün yeganə matçında “Altun Asur” öz meydanında “Kopetdağ”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bu, dünyada koronavirus pandemiyası dövründə yenidən başlayan ilk çempionatdır.

Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.