Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı - Rekord hərarət

bu-olkede-havanin-temperaturu-52-dereceye-catdi
Oxunma sayı: 6066

Hindistanın paytaxtı Dehlidə havanın temperaturu rekord həddə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, son iki gündə temperatur 52,3 dərəcəyə yüksəlib.

Əhaliyə açıq havada qalmaq müddətini minimuma endirmək tövsiyə edilib.

Məlumata görə, indiyə qədər Dehlidə qeydə alınan ən yüksək temperatur 2 il öncə 49,2 dərəcə selsi olub.