Bu ölkədə həbsxanalarda qiyam oldu - 50 məhkum öldü

bu-olkede-hebsxanalarda-qiyam-oldu
Oxunma sayı: 1512

Ekvadorda üç ayrı şəhərdə həbsxanalarda qiyam olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polisin müdaxiləsi nəticəsində azı 50 məhkumun öldüyü bildirilib.

Qeyd olunub ki, Quayaquil, Əl Turi və Kotopaksi şəhərlərində meydana gələn üsyanlarda daha iki polis yaralanıb.

Rəsmilər çox sayda təhlükəsizlik qüvvələrinin hadisə yerlərinə göndərildiklərini və cəzaçəkmə müəssisələrində nəzarəti bərpa etməyə çalışdıqlarını bəyan ediblər.