Bu ölkədə hərbi çevriliş oldu - Dövlət radiosunu ələ keçirdilər

bu-olkede-herbi-cevrilis-oldu
Oxunma sayı: 2191

Qabonda hərbçilər bu gün dövlət radioyayım stansiyasını ələ keçiriblər. Onlar dövlət radiosu vasitəsilə “Milli Bərpa Şurası”nı yaratmaq niyyətində olduqlarını elan ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi müraciəti ordunun adından leytenant Ondo Obianq Kelli səsləndirib. 

O, ölkə başçısı Əli Bonqonun yeni il müraciətini “hakimiyyətin şiddətlə saxlanılmasının acınacaqlı tamaşası” adlandırıb. 

Qeyd edək ki, Qabonun 59 yaşlı prezidenti Əli bin Bonqo Ondimbu hazırda səhhəti ilə əlaqədar Mərakeşdə müalicə alır. O, 2009-cu ildən bəri ölkəyə rəhbərlik edir. Ona qədər isə atası ölkədə 42 il hakimiyyətdə olub.