Bu ölkədə hərbi təyyarə yoxa çıxdı

bu-olkede-herbi-teyyare-yoxa-cixdi
Oxunma sayı: 1816

Nigeriyanın şimal-şərqində Boko-Haram terror təşkilatına qarşı əməliyyata qatılacaq hərbi təyyarə yoxa çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Hava Qüvvələri İctimaiyyətlə Əlaqələr və İnformasiya direktoru Edvard Qabkvet hərbi təyyarənin Borno vilayətində itdiyini bildirib.

Onun sözlərinə görə, əlaqənin itməsinin səbəbi hələlik bəlli deyil:

“Təyyarə ilə martın 31-də yerli vaxtla 17:08-də əlaqə kəsilib”.