Bu ölkədə iki həftəlik sərt karantin elan olundu

Bu ölkədə iki həftəlik sərt karantin elan olundu
Oxunma sayı: 1560

Slovakiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq noyabrın 25-dən etibarən ölkə üzrə iki həftəlik sərt karantin rejimi elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,hökumətin iclasından öncə lokdaunun koronavirusa qarşı peyvənd olunmuş şəxslərə şamil olunmayacağına dair xəbərlər dolaşsa da, lokdaunun bütün əhali üçün keçərli olacağı məlum olub.

Qonşu Avstriya ilə bənzər qaydada sərt karantin rejimi tətbiq olunan Slovakiyada lokdaun dövründə uşaq bağçaları və məktəblər fəaliyyətlərini müntəzəm testlər əsasında davam etdirəcəklər.

İki həftə boyunca gündəlik tələbat mallarının satışı istisna olmaqla bütün ictimai-iaşə, qastronomiya obyektləri bağlı olacaq, kütləvi tədbirlərə icazə verilməyəcək.

Qeyd edək ki, pandemiya başlayandan bəri Slovakiyada koronavirusa yoluxma hallarının ən yüksək göstəricisi – gündəlik 10 mindən artıq yoluxma qeydə alınıb. Bu isə 5,5 milyon əhalisi olan ölkə və onun səhiyyə sistemi üçün arzuolunmaz göstəricidir.