Bu ölkədə ilk dəfə koronavirusdan ölüm hadisəsi baş verdi

bu-olkede-ilk-defe-koronavirusdan-olum-hadisesi-bas-verdi
Oxunma sayı: 2109

Yaponiyada yeni növ koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölən şəxs Kanaqava prefekturasının 80 yaşlı sakinidir. Bu barədə məlumatı ölkənin səhiyyə, əmək və rifah naziri Katsunobu Kato yayıb. Onun sözlərinə görə, qadın bir neçə gün əvvəl xəstəxanaya müraciət edib və qripdən müalicə alıb. Həkimlər yalnız qadının ölümündən sonra onun koronavirusa yoluxduğunu müəyyən ediblər.

Qeyd edək ki, son məlumata görə, Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirusdan ölənlərin sayı 1310 nəfərdir.