Belçika işə velosipedlə gedənlərə əlavə maaş verəcək.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, müavinət özəl sektor firmaları və həmkarlar ittifaqları tərəfindən yanvar ayında bağlanmış razılaşmanın bir hissəsidir.
Hər kilometrə görə 0,27 avro (0,30 dollar) məbləğində veriləcək müavinət vergilərdən azaddır və inflyasiyaya uyğun olaraq illik düzəlişlərə məruz qalacaq.
Kompensasiya üçün gündəlik limit 40 kilometr olaraq təyin edilib, ödəniş isə adi maaşlarla birlikdə aylıq həyata keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər