Bu ölkədə karantin tədbirləri sərtləşdirildi

bu-olkede-karantin-tedbirleri-sertlesdirildi
Oxunma sayı: 1838

Argentina hökuməti koronavirusa yoluxma hallarının artması səbəbindən karantin tədbirlərini sərtləşdirmək və gecə saatlarında sakinlərin sərbəst hərəkətini qadağan etmək qərarına gəlib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezidenti Alberto Fernandes bildirib.

“Biz bütün ölkədə tətbiq olunacaq bir sıra tədbirləri təsdiqlədik. Bundan əlavə, epidemiya təhlükəsi yüksək və orta səviyyədə olan ərazilər üçün ayrı-ayrı tədbirlər olacaq”, - o, videomüraciətdə deyib.

Prezidentin sözlərinə görə, bütün ölkədə qrup şəklində turist səfərləri, 20-dən çox insanın iştirak etdiyi toplantılar, qapalı məkanlarda 10-dan çox insanın olduğu halda kazinonun işi və idmanla məşğul olmaq qadağan ediləcək. “Bar və restoranlar 23:00-dan gec olmayaraq bağlanacaq. 00:00-06:00 arası küçələrdə hərəkət etmək qadağan olunacaq”, - Fernandes bəyan edib.

Yeni məhdudiyyətlər azı üç həftə qüvvədə olacaq.

İndiyədək ölkədə koronavirusa 2 450 068 nəfər yoluxub, 56 832 xəstə pandemiyanın qurbanı olub.