Bu ölkədə komendant saatı ləğv edildi

bu-olkede-komendant-saati-legv-edildi
Oxunma sayı: 2909

Tunis Prezidenti Qeys Səid COVID-19-la mübarizə çərçivəsində ölkədə tətbiq edilən komendant saatının ləğv edilməsi barədə qərar verib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Prezident dəftərxanası məlumat yayıb.

“Prezident Qeys Səid bazar ertəsi, iyunun 8-də respublika ərazisində komendant saatının ləğv edilməsi haqqında qərar qəbul edib”, - məlumatda deyilir. Qərar ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinin “müsbət nəticələri” ilə bağlı parlament və hökumət başçıları ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Qeyd edək ki, iyunun 4-dən etibarən ölkədə vətəndaşların əyalətlər arasında hərəkət etməsinə icazə verilir.