Bu ölkədə koronavirus xəstəsi qalmadı

bu-olkede-koronavirus-xestesi-qalmadi
Oxunma sayı: 4125

Yeni Zelandiya hökuməti ölkədə bütün koronavirus xəstələrinin sağaldığını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Casinda Ardern mətbuat konfransında açıqlama verib.

“Bu məsələ hələ bitməyib, ancaq bunun böyük bir uğur olduğunu inkar edə bilmərik. Yeni Zelandiyalılara təşəkkür edirəm”,- deyə Ardern bildirib.

Həmçinin Baş Nazir ölkənin COVID-19 tədbirləri və həyata keçiriləcək “1-ci səviyyəli tədbirlər” barədə də məlumat verib. Ölkədə aktiv koronavirus xəstələrinin olmaması səbəbindən COVID-19 tədbirlərinin “1-ci səviyyəyə” endirilməsi vaxtının gəldiyini bildirən Ardern “İş yerlərinizdə 1-ci səviyyəli tədbirlər altında işləmək istəyirsinizsə, buna indidən başlaya bilərsiniz”,- deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, Yeni Zelandiyada son 17 gündür ki, koronavirusa yeni yoluxma faktı qeydə alınmayıb. Ölkədə bu günə qədər 1 504 insan koronavirusa yoluxub, 22 nəfər xəstəlik səbəbindən həyatını itirib.