Çili hökuməti bütün ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə respublikada fövqəladə vəziyyət elan edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
Çilinin Səhiyyə naziri Hayme Manyaliçin sözlərinə görə, hökumət bununla bağlı fərman imzalayıb.
“Bu, bizə baş verə biləcəklərə qarşı effektiv tədbirlər görməyə imkan yaradacaq və biz bütün gücümüzlə onları vaxtında aşkarlayıb epidemiyanın Çilidə yayılmasının qarşısını alacağıq”, - nazir əlavə edib.
Qeyd edək ki, indiyədək Çilidə bu virusa yoluxan olmayıb.
Son xəbərlər
Son Xəbərlər