Bu ölkədə koronavirusa yoluxanların karantin müddəti artırılır

bu-olkede-koronavirusa-yoluxanlarin-karantin-muddeti-artirilir
Oxunma sayı: 1180

Fransada bazar ertəsindən etibarən koronavirus testi müsbət çıxanların karantin müddəti 7 gündən 10 günədək artırılacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Olivier Veran deyib.

Nazir qeyd edib ki, COVID-19 testləri müsbət çıxan şəxslərlə təmasda olanların karantin müddəti isə yeddi gün olaraq davam edəcək:

“Yeni qərar iyunun 10-dək davam edəcək. Rahatlaşmaq vaxtı deyil. Edə biləcəyimiz ən pis şey vaxtı gəlmədən karantini yumşaltmaq olar”.

Qeyd edək ki, indiyədək Fransada 3 milyon 536 min 648 nəfər koronavirusa yoluxub, onlardan 83 min 393-ü pandemiyanın qurbanı olub.