Bu ölkədə koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

bu-olkede-koronavirusa-yoluxanlarin-sayi-10-milyonu-otdu
Oxunma sayı: 962

Braziliyada son sutka ərzində 51 879 nəfərdə koronavirus aşkarlanıb, 1 367 nəfər bu virusun qurbanı olub. “Qafqazinfo” "TASS"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 10 030 626-ya, bu virusdan ölənlərin sayı isə 243 457-yə yüksəlib.

İndiyədək 8 995 246 nəfər sağalıb. Ölkədə 791 770 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8 318-nin vəziyyəti ağır qiymətləndirilir.  

Braziliya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında üçüncü yeri tutur. Birinci yerdə ABŞ, ikinci yerdə isə Hindistan qərarlaşıb.