ABŞ-da koronavirusa yoluxanların sayı 21 milyonu ötüb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetindən bildirilib.
Onun məlumatına görə, pandemiyanın başladığı vaxtdan indiyədək Birləşmiş Ştatlarda 21 036 174 nəfər koronavirusa yoluxub.
Yoluxma sayına görə Kaliforniya ştatı liderlik edir (2,45 milyon). Daha sonra Texas (1,82 milyon), Florida (1,37 milyon), Nyu-York (1 milyon), İllinoys (984 min) gəlir.
ABŞ-da koronavirus səbəbindən ümumilikdə 357 067 nəfər dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər