Bu ölkədə koronavirusa yoluxanların sayı 9 milyonu ötdü

bu-olkede-koronavirusa-yoluxanlarin-sayi-9-milyonu-otdu
Oxunma sayı: 757

Braziliyada son sutka ərzində 61 811 nəfərdə koronavirus aşkarlanıb, 1 386 nəfər bu virusun qurbanı olub. “Qafqazinfo” "TASS"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 9 058 687-yə, bu virusdan ölənlərin sayı isə 221 547-yə yüksəlib.

İndiyədək 7 923 794 nəfər sağalıb. Ölkədə 913 346 aktiv koronavirus xəstəsi var.

Braziliya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında üçüncü yeri tutur. Birinci yerdə ABŞ, ikinci yerdə isə Hindistan qərarlaşıb.