Tacikistanda koronavirusdan ilk 2 ölüm halı qeydə alınıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, ölkədə ümumilikdə 76 koronavirus xəstəsi var.
Qeyd edilir ki, Tacikistan xəstəxanalarında koronavirus əlamətləri ilə 2 782 nəfər yatır. Son 24 saat ərzində müayinədən keçən 217 pasiyent tibb müəssisələrindən evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər