Bu ölkədə koronavirusdan ölənlərin sayı 200 mini ötdü

bu-olkede-koronavirusdan-olenlerin-sayi-200-mini-otdu
Oxunma sayı: 1197

Braziliyada son sutka ərzində daha 87 134 nəfərdə koronavirus aşkarlanıb, 1 455 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 7 961 673-ə, virus qurbanlarının sayı isə 200 498-ə yüksəlib.

Bundan əlavə, indiyədək 7 096 931 nəfər sağalıb. Ölkədə 664 244 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 8 318-nin vəziyyəti ağır qiymətləndirilir.