Bu ölkədə kriptovalyuta qadağan edilir

bu-olkede-kriptovalyuta-qadagan-edilir
Oxunma sayı: 2858

Pakistan Dövlət Bankı ölkədə kriptovalyutaların istifadəsini qadağan etmək üçün işə başlayıb.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Senatın Maliyyə və Gəlirlər üzrə Daimi Komitəsi ölkədə kriptovalyuta xidmətləri və internet saytlarını tamamilə bloklamağı tapşırıb.

Komitə ölkə üçün potensial riskləri əsas gətirərək kriptovalyuta ticarətinin leqallaşdırılmasından imtina edib.

"Kriptovalyuta ilə ticarətə icazə verilə bilməz", - deyə Pakistanın maliyyə naziri bildirib.