Bu ölkədə maska taxmaq tələbi ləğv edildi

Bu ölkədə maska taxmaq tələbi ləğv edildi
Oxunma sayı: 1855

Koreya Xalq Demokratik Respublikasında maska taxmaq və sosial məsafəyə riayət edilməsi tələbləri ləğv edilib.

Bu barədə “Qafqazinfo” Koreyanın Mərkəzi teleqraf agentliyinə istinadən xəbər verir.   

Qeyd olunur ki, bu qərar ölkə lideri Kim Çen Inın koronavirusa qalib gəlmələri ilə bağlı açıqlamasından sonra verilib.

Xəstəliyin əlamətləri olduqda isə maska taxmaq tövsiyə olunur.

Qeyd edək ki, daha əvvəl Kim Çen Inın bacısı Kim Ye Çjon Şimali Koreyada COVID-19 virusunu yaymaq cəhdinə görə Cənubi Koreya hakimiyyətini məhv etməklə hədələyib.