Bu ölkədə məhdudlaşdırıcı tədbirlər qeyri-müəyyən vaxtadək uzadıldı

bu-olkede-mehdudlasdirici-tedbirler-qeyri-mueyyen-vaxtadek-uzadildi
Oxunma sayı: 2570

Qətər hökuməti koronavirus səbəbindən ölkədə tətbiq edilən məhdudlaşdırıcı tədbirləri qeyri-müəyyən vaxtadək uzadıb. “Qafqazinfo” bildirir ki, bu barədə Qətərin “QNA” xəbər agentliyi xəbər verib.

“Koronavirusun yayılması ilə əlaqədar əvvəllər təsdiq edilmiş məhdudlaşdırıcı tədbirlər sonrakı xəbərdarlığa qədər uzadılır”, - məlumatda deyilir.

Qeyd edək ki, Qətərdə koronavirusa yoluxanların sayı 14 mindən çoxdur, 1,4 mindən çox pasiyent sağalıb, 12 nəfər vəfat edib.