Pakistanda meymunçiçəyi virusuna yoluxma hallarının sayı 6-ya yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Xayber-Paxtunxva əyalətinin Dir rayonunda yaşayan və Yaxın Şərq ölkələrinin birindən bir müddət əvvəl qayıdan şəxsdə virus aşkar edilib.
Həmin şəxsin karantinə alındığı bildirilir.
Qeyd edək ki, meymunçiçəyi virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət” elan edilib.