Bu ölkədə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alındı

bu-olkede-meymunciceyi-virusuna-ilk-yoluxma-qeyde-alindi
Oxunma sayı: 1628

Pakistanda meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Pakistan Səhiyyə Nazirliyinin sözçüsü məlumat yayıb.

Nazirlik xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün hava limanlarında karantin elan edib.

Xəstə haqqında ətraflı məlumat verilməsə də, Səhiyyə Nazirliyindəki mənbə Səudiyyə Ərəbistanından deportasiya edilən şəxsin ölkəyə virus daşıdığını bildirib.