İsveçdə naməlum şəxslər etiraz aksiyası keçirən miqrantlara hücum ediblər.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Məlumata görə, İsveçdə oturum üçün icazə ala bilməyən miqrantlar etiraz aksiyası keçirib. Bu zaman naməlum şəxslər miqrantlara hücum edib. İnsident nəticəsində 3 nəfər xəsarətlər alıb.
Şahidlərin sözlərinə görə, hücum edənlərin sayı 20-30 nəfər arasında olub.
Son xəbərlər
Son Xəbərlər