Bu ölkədə naziri dostu güllələyib öldürdü

bu-olkede-naziri-dostu-gulleleyib-oldurdu
Oxunma sayı: 2483

Dominikanın ətraf mühit naziri Orlando Xorxe Mera silahlı hücum nəticəsində həlak olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Meranın yaxın dostu Migel Kruz tərəfindən vurulduğu açıqlanıb.

Açıqlamada Migel Kruzun saxlanıldığı qeyd olunub.

Paytaxt Santo Dominqodakı nazirlik binasına çoxlu sayda polis və təcili yardım işçisi göndərilib.

Hadisə şahidləri hücum zamanı 7 atəş səsi eşitdiklərini bildiriblər.

Eyni zamanda, hüquqşünas olan Mera Müasir İnqilab Partiyasının qurucu üzvü olub və 2020-ci ilin avqustunda ətraf mühit və təbii sərvətlər naziri təyin edilib.